Bu ölkədə Ebolaya yoluxanların sayı artdı

23-05-2026, 15:26 1 402 dəfə baxılıb

 

Uqandada təhlükəli Ebola qızdırmasına daha üç yeni yoluxma halı aşkarlanıb və bununla da ölkədə ümumi yoluxma sayı beşə çatıb.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə Uqandanın Səhiyyə Nazirliyinin sosial şəbəkə hesablarında yayılan rəsmi məlumatda bildirilir.


Nazirliyin bəyanatında qeyd olunub ki, aparılan laborator analizlər nəticəsində virusa daha 3 yoluxma faktı təsdiqlənib. Onlardan ikisi ölkədə virusa ilk yoluxan şəxslə birbaşa təmasda olmuş şəxslərdir. Digər yoluxma halı isə hazırda Uqanda ərazisində olan Konqo Demokratik Respublikasının vətəndaşında müəyyən edilib.


Səhiyyə rəsmiləri virusun daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədilə təmasda olan digər şəxslərin müəyyənləşdirilməsi və nəzarətə götürülməsi istiqamətində təcili tədbirlərə başlayıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031