ÜST Konqo və Uqandada fövqəladə vəziyyət elan etdi

Dünən, 08:21 1 279 dəfə baxılıb

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo Demokratik Respublikası və Uqandada yayılan Ebola epidemiyasını beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyət elan edib.


“Yenisirvanli.info.az” xəbər verir ki, təşkilatın baş direktoru üzv dövlətlərlə aparılan məsləhətləşmələrdən sonra “Bundibuqio” virusunun törətdiyi xəstəliklə bağlı müvafiq qərar qəbul edib.


ÜST rəsmiləri mövcud vəziyyətin pandemiya olmadığını, lakin ictimai səhiyyə sahəsində qlobal fövqəladə hal meyarlarına cavab verdiyini vurğulayıblar.


Son məlumatlara görə, Konqo Demokratik Respublikasının üç rayonunda epidemiya səbəbindən 80 şübhəli ölüm hadisəsi və 246 yoluxma halı qeydə alınıb. Onlardan 8-i laboratoriya şəraitində tam təsdiqlənib. Qonşu Uqandada isə virusa 2 yoluxma faktı aşkarlanıb ki, onlardan da biri ölümlə nəticələnib.


Hazırda regionda virusun daha geniş ərazilərə yayılmasının qarşısını almaq üçün tədbirlər gücləndirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031