Saakaşvili ilə bağlı qərar verildi

12-03-2025, 13:30 171 dəfə baxılıb

 

Büdcə vəsaitlərinin mənimsənilməsində ittiham olunan Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili 9 il müddətinə azadlıqdan məhrum edilib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə Tbilisi Şəhər Məhkəməsi iş üzrə qərar elan edib.

Həmçinin Dövlət Mühafizə Xidmətinin keçmiş rəhbəri Teymuraz Canaşiyanı da cinayət işi çərçivəsində 300 min lari cərimələnib. O, Saakaşvili ilə birlikdə büdcədən 9 milyon larini mənimsəməkdə ittiham olunur.

Hər iki şəxs məhkəmə iclasına qatılmayıblar. Penitensiar Xidmət Saakaşvilinin uzaqdan iştirak etmək istəmədiyinə dair məhkəməyə arayış təqdim edib və o sağalana qədər iclasın təxirə salınmasını istəyib. Lakin iclas onun iştirakı olmadan baş tutub.

Həm Saakaşvili, həm də Canaşiyanı ittiham olunduqları maddələr üzrə özlərini təqsirli bilmirlər.

Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930