İŞİD-in ikinci lideri məhv edildi

16-05-2026, 08:38 1 269 dəfə baxılıb

 

“İŞİD-in qlobal miqyasda ikinci lideri məhv edilib”.


“Yenisirvanli.info.az” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth” hesabında yazıb.


O bildirib ki, onun göstərişi ilə Amerika qüvvələri və Nigeriya Silahlı Qüvvələri birgə əməliyyat keçirərək, İŞİD-in yüksəkvəzifəli üzvlərindən biri olan Əbu Bilal əl-Minukini zərərsizləşdirib.


Tramp qeyd edib ki, əməliyyat uzun müddət planlaşdırılıb və “uğurla həyata keçirilib”.


Belə ki, İŞİD-in qlobal strukturunda ikinci şəxs hesab edilən əl-Minuki Afrikada gizləndiyini düşünsə də, ABŞ kəşfiyyatı onun fəaliyyətini izləyib.


ABŞ prezidenti qeyd edib ki, əməliyyat nəticəsində əl-Minuki artıq Afrikada terror fəaliyyətləri həyata keçirə və ya amerikalıları hədəf alan hücumların planlaşdırılmasında iştirak edə bilməyəcək.


Tramp həmçinin bu addımın İŞİD-in beynəlxalq əməliyyat imkanlarına ciddi zərbə vurduğunu vurğulayıb və əməliyyatda əməkdaşlığa görə Nigeriya hökumətinə təşəkkür edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031