İŞİD İstanbulda terrora hazırlaşırdı - 115 nəfər saxlanıldı

25-12-2025, 14:43 130 dəfə baxılıb

 

İstanbulda İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatda 115 şübhəli saxlanılıb.


“Yenisirvanli.info.az” “TRT Haber”ə istinadən xəbər verir ki, onlar İŞİD silahlı terror təşkilatının hücuma hazırlaşan üzvləri olub. Qarşıdan gələn Milad və Yeni il tədbirləri zamanı Türkiyəni hədəf alan, əsasən qeyri-müsəlmanlara qarşı hücumlar planlaşdırdığı və terror təşkilatı fəaliyyətləri çərçivəsində münaqişə zonaları ilə əlaqəsi olduğu düşünülən 137 şübhəliyə qarşı eyni vaxtda əməliyyat keçirilib.


Həm Türkiyədə, həm də beynəlxalq səviyyədə terrorizm ittihamları ilə həbs qərarı verilmiş şübhəlilərdən tapançalar, sursat və çoxsaylı təşkilati sənədlər müsadirə edilib.


Əməliyyatda 115 şübhəli saxlanılsa da, tutulması mümkün olmayan şəxslər haqqında əməliyyatların davam etdiyi bildirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031