Türkiyə və Ermənistan birbaşa ticarətə hazırlaşır

13-05-2026, 11:43 1 238 dəfə baxılıb

 

Ankara və İrəvan iki ölkə arasında birbaşa ticarətin başlanmasına hazırlığı başa çatdırıb.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Öncü Keçeli “X” sosial şəbəkəsindəki hesabında açıqlama verib. 


“2022-ci ildən davam edən Ermənistanla münasibətlərin normallaşdırılması prosesi kontekstində qəbul edilmiş etimadın möhkəmləndirilməsi tədbirləri çərçivəsində ölkəmizlə Ermənistan arasında birbaşa ticarətin başlanması üçün bürokratik hazırlıqlar 11 may 2026-cı il tarixinə tamamlanıb”, - diplomat bildirib. 


Bununla belə, Keçeli iki ölkə arasında ümumi sərhədin açılması üçün zəruri texniki və bürokratik işlərin davam etdirildiyini diqqətə çatdırıb. 


“Həyata keçirilən yeni tənzimləmə sayəsində Türkiyədən üçüncü bir ölkəyə, oradan da Ermənistana gedən və ya eyni marşrutdan istifadə edərək gələn malların son çatma və ya çıxış nöqtəsinin “Ermənistan/Türkiyə” şəklində yazıla bilməsi mümkün hala gətirilmişdir”, - XİN-in sözçüsü əlavə edib. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031