İran ordusu ABŞ gəmilərinə xəbərdarlıq atəşi açdı

4-05-2026, 17:39 1 123 dəfə baxılıb

 

İran ordusu Hörmüz boğazından keçməyə cəhd edən ABŞ hərbi dəniz qüvvələrinin gəmilərinə xəbərdarlıq atəşi açıb.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb.


Bildirilir ki, ABŞ esmineslərinin ilkin xəbərdarlığı nəzərə almamasından sonra İranın hərbi dəniz qüvvələri qarşı tərəfin gəmiləri istiqamətində qanadlı raketlərlə xəbərdarlıq atəşi açıb və pilotsuz uçuş aparatları buraxıb.


Qeyd edək ki, daha əvvəl İran Silahlı Qüvvələrinin xəbərdarlığa məhəl qoymadan Hörmüz boğazından keçməyə cəhd edən ABŞ gəmisinə hücum etdiyi barədə xəbər yayılmışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031