DİQQƏT: Dronlarla bağlı Yeni rüsum: 15 manat

1-05-2025, 18:23 189 dəfə baxılıb

 

Pilotsuz uçuş aparatları ilə əlaqədar yeni dövlət rüsumları müəyyənləşir.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki,layihəyə əsasən, pilotsuz uçuş aparatları istismarçılarına istismarçı sertifikatının və aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi üçün 15 manat dövlət rüsumu müəyyənləşir.

Pilotsuz uçuş aparatlarına qeydiyyat sertifikatının, pilotsuz uçuş aparatları istismarçılarına əməliyyat icazəsinin, məsafədən idarə edən pilotlara (operatorlara) şəhadətnamələrin və model pilotsuz uçuş aparatı klubları və ya assosiasiyalarına icazələrin verilməsi üçün isə 10 manat dövlət rüsumu tətbiq olunacaq.

Qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031