Ukrayna Rusiyaya məxsus iki neft tankerini vurub

3-05-2026, 13:29 1 092 dəfə baxılıb

 

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Müdafiə Qüvvələri Novorossiysk limanı akvatoriyasında Rusiyaya məxsus iki neft tankerini vurub.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə Zelenski öz "Telegram" kanalında məlumat paylaşıb.


Onun sözlərinə görə, həmin gəmilər neft daşınmasında aktiv istifadə edilib.


"Döyüşçülərimiz Rusiyanın kölgə neft donanmasına qarşı sanksiyaların tətbiqini davam etdirirlər - Novorossiysk limanının giriş akvatoriyasında bu növ iki gəmi vurulub", - deyə prezident bildirib.


Zelenski əlavə edib ki, Ukraynanın uzaqmənzilli silah imkanları dənizdə, səmada və quruda hərtərəfli inkişaf etdiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031