Zelenski Fitsoya təşəkkür etdi

2-05-2026, 17:19 1 114 dəfə baxılıb

 

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Slovakiyanın Baş naziri Robert Fitso arasında telefon danışığı olub.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə Ukrayna lideri öz teleqram kanalında məlumat verib.


“Ölkələrimizin güclü əlaqələri olmalıdır və ikimiz də bunda maraqlıyıq. Slovakiyanın Ukraynanın Avropa İttifaqına üzvlüyünü dəstəklədiyini və Aİ-yə qoşulma təcrübəsini bölüşməyə hazır olduğunu eşitmək vacib idi”, - Zelenski yazıb.


O, Bratislavaya dəvətə görə Fitsoya təşəkkür edib və onu Kiyevə səfərə dəvət edib.


“Yaxın vaxtlarda şəxsi görüşün mümkünlüyünü də müzakirə etdik. Komandalarımız qrafik üzrə işləyəcək”, - deyə Ukrayna lideri vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031