İran gəmisini belə ələ keçiriblər - Video

20-04-2026, 15:41 988 dəfə baxılıb

 

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran bayrağı altında üzən “Touska” yük gəmisinin ələ keçirilməsinin görüntülərini yayıb. 


“Yenisirvanli.info.az” xəbər verir ki, görüntülər CENTCOM-un “X” sosial şəbəkəsindəki hesabında paylaşılıb. 


“ABŞ dəniz piyadaları “Touska” gəmisinin göyərtəsinə enmək və onu ələ keçirmək üçün “USS Tripoli” desant gəmisini helikopterlə tərk edərək Ərəbistan dənizi üzərindən uçurlar”, - paylaşımda qeyd olunub.


Məlumatda ABŞ hərbçilərinin 6 saat ərzində İran gəmisinə dəfələrlə xəbərdarlıq etdiyi, bu xəbərdarlıqlara məhəl qoyulmadıqda gəminin mühərrik bölməsinə zərbə endirdiyi, daha sonra isə gəmiyə endiyi bildirilir. 


Xatırladaq ki, ötən gecə ABŞ Prezidenti Donald Tramp blokadanı pozmağa çalışan İran gəmisinin vurulduğunu və ələ keçirildiyini açıqlamışdı. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031