ABŞ Oman körfəzində İrana məxsus gəmini vurdu

20-04-2026, 08:19 973 dəfə baxılıb

 

ABŞ Prezidenti Donald Tramp blokadanı pozmağa çalışan İran bayrağı altında üzən gəminin vurulduğunu və ələ keçirildiyini açıqlayıb.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə o, özünün “Truth” sosial şəbəkə hesabında məlumat verib.


Bildirib ki, təxminən 270 metr uzunluğunda olan İran bayrağı altında üzən TOUSKA yük gəmisi dəniz blokadasını pozmağa cəhd edib, lakin bu cəhd onlar üçün yaxşı nəticələnməyib.


“ABŞ Hərbi Dəniz Qüvvələri Oman körfəzində TOUSKA-nı ələ keçirib. İran heyəti xəbərdarlığa qulaq asmaqdan imtina etdikdə, dəniz gəmimiz mühərrik otağına zərbə endirdib gəmini dayandırdı”, - deyə Tramp əlavə edib. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031