“Türkiyə Gümrü üzərindən də uçuşlara başlaya bilər”

11-04-2026, 16:25 986 dəfə baxılıb

 

“Türkiyə aviaşirkətləri Gümrü üzərindən də uçuşlara başlaya bilərlər”.


“Yenisirvanli.info.az” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan brifinqdə çıxışı zamanı bildirib.


İki ölkə arasında münasibətlərin normallaşdırılması ilə bağlı sualı cavablandırarkən Paşinyan “Turkish Airlines” şirkətinin artıq İstanbul-İrəvan-İstanbul reyslərini həyata keçirdiyini xatırladıb. Bununla belə, hökumət başçısı yaxın zamanda Gümrü üzərindən də reyslar başladılacağına ümid etdiyini əlavə edib. 


Türkiyə ilə sərhədin açılması perspektivlərinə də toxunan Paşinyan bunun zaman məsələsi olduğunu qeyd edib. 


Xatırladaq ki, “Turkish Airlines” aviaşirkəti bu ilin mart ayından İstanbul-İrəvan-İstanbul marşrutu üzrə reyslər yerinə yetirir. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031