İran nümayəndə heyəti ABŞ ilə danışıqlara gedir

9-04-2026, 11:26 934 dəfə baxılıb

 

İran nümayəndə heyəti bu gün axşam saatlarında ABŞ ilə danışıqlarda iştirak etmək üçün İslamabada gedəcək. 


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə İranın Pakistandakı səfiri Rza Əmiri Müqəddəm “X” sosial şəbəkəsindəki hesabında məlumat yayıb.


Səfir İsrail tərəfinin diplomatik təşəbbüsü pozmaq məqsədilə atəşkəs rejimini dəfələrlə pozması səbəbindən İran cəmiyyətində şübhələrin olmasına baxmayaraq, nümayəndə heyətinin Pakistanın Baş naziri Şahbaz Şərifin dəvəti ilə İslamabada səfər edəcəyini açıqlayıb.


“Nümayəndə heyəti bu axşam İranın təklif etdiyi 10 bənd əsasında ciddi danışıqlar aparmaq üçün İslamabada gəlir”, - paylaşımda deyilir. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031