Rusiya-Ukrayna müharibəsi tezliklə başa çatacaq – İDDİA

10-03-2025, 18:04 333 dəfə baxılıb

Ukraynadakı sülh perspektivi bazarlarda yeni hərəkət yaradıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki,  bu barədə “The Economist” qəzeti yazıb.

Qəzetin yazdığına görə, aşkar dəyişikliklər, investorların ABŞ prezidenti Donald Trampın Avropadan uzaqlaşması və qitənin yenidən silahlanmağa hazırlaşması fonunda Avropa aktivləri bazarında baş verib. Təkcə müdafiə şirkətləri yox, bəzi şirkətlərin səhmlərinin qiymətləri “stratosferə qalxıb”. Avropa səhmləri ümumilikdə və avro da müsbət qiymətləndirilib.

Bütün bunların arxasında müdafiə xərclərinin artırılmasından gözlənilən stimullar dayanır. Bu gözləntilər 4 martda Almaniyanın müdafiə xərclərini artıracağını və növbəti 10 ildə 500 milyard avroluq infrastruktur fondu yaradacağını elan edəndən sonra yeni impuls alıb.

Bundan başqa, Rusiya ilə əlaqəli, lakin xaricdə ticarət edən şirkətlərin səhmlərinin qiymətləri ABŞ sanksiyalarının qaldırılması perspektivində yüksəlməyə başlayıb. Rusiya hökuməti 2022-ci ildə fəaliyyətini dayandıran çoxmillətli şirkətləri ölkəyə geri qaytarmağa çalışır. İndi diqqət Ciddəyə yönəlib, burada ABŞ və Ukrayna rəsmiləri görüşməli olacaqlar.

“Tramp düşünür ki, Ukraynaya qarşı sərt yanaşma münaqişənin başa çatmasını sürətləndirəcək.

Ancaq investorlar bununla tam əmin deyillər” – deyə qəzet yazıb.

Yenisirvanli.İnfo.Az  


 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031