“Əsgərlərinizi nəinki Daş dövrünə, ondan da əvvəlki dövrə göndərəcəyik”

3-04-2026, 16:49 914 dəfə baxılıb

 

İran hərbçiləri ABŞ-nin ünvanına hədələr səsləndirib.


“Yenisirvanli.info.az” TASS-a istinadən xəbər verir ki, İranın quru qoşunlarının komandanı Əli Cahanşahi ölkəyə qurudan hücum olarsa, ABŞ ordusunu “Daş dövründən də əvvəlki vəziyyətə” qaytaracaqlarını bildirib.


Onun sözlərinə görə, İran ordusu uzun illər davam edən təlimlərdən sonra ölkəni müdafiə etməyə tam hazırdır: “Biz sizin əsgərlərinizi nəinki Daş dövrünə, ondan da əvvəlki dövrə göndərəcəyik”.


Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İrana qarşı müharibədən bəhs edərkən “Bu hücumlarla İranı aid olduqları yerə, Daş dövrünə qaytaracağıq” ifadəsini işlətmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031