İran Quru Qoşunlarına yeni komandan təyin edilib
Briqada generalı Əli Cahanşahi İran Quru Qoşunlarının yeni komandanı təyin edilib.
Yenisirvanli.info.az bu barədə "Tasnim News" agentliyinə istinadən xəbər verir.
Cahanşahi çıxışında bildirib ki, ordu müasir təhdidlərə cavab vermək üçün mövcud təcrübədən və ən yeni texnologiyalardan istifadə edərək, mobilliyi, effektivliyi və təchizatı artırmağa can atacaq.
Cahanşahi bu vəzifədə 2016-cı ildən Quru Qoşunlarına rəhbərlik edən Kiumars Heydərini əvəz edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: