Uzun müddət sonra sosial mediada paylaşım etdi

29-03-2026, 08:14 908 dəfə baxılıb

 

ABŞ-də həbsdə olan Venesuela Prezidenti Nikolas Maduro tərəfdarlarına müraciət edib.


“Yenisirvanli.info.az” xəbər verir ki, o, uzun müddət sonra sosial şəbəkədə paylaşım edərək dəstəklərinə görə təşəkkürünü bildirib.


O, həyat yoldaşı Siliya Floreslə birlikdə yaxşı, güclü və sakit olduqlarını vurğulayıb.


Maduro bildirib ki, o, Venesuela vətəndaşlarından və dünyadakı xoşməramlı insanlardan məktublar və dualar alır. O, hər bir sevgi və dəstək sözünün onu və həyat yoldaşını mənəvi cəhətdən gücləndirdiyini qeyd edib.


Maduro həmçinin sülhün, milli birliyin və dialoqun gücləndirilməsinə çağırıb. O, ölkənin “barışıq və hörmət” yolu ilə getməli olduğunu əlavə edib.


Xatırladaq ki, yanvarın 3-ü ABŞ hərbi qüvvələri Venesuelanın paytaxtı Karakasda və ətraf ştatlarda 11 strateji hədəfə genişmiqyaslı zərbələr endirib. Əməliyyat nəticəsində Prezident Nikolas Maduro xanımı Siliya Floreslə birlikdə ələ keçirilərək Nyu-Yorka aparılıb. Venesuela mediası həmin gün 23 Venesuela əsgəri, 32 Kuba əsgəri və 2 mülki şəxs olmaqla ümumilikdə 57 nəfərin öldüyünü açıqlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031