Venesueladakı əməliyyatda 32 kubalı həlak olub

5-01-2026, 14:25 141 dəfə baxılıb

 

ABŞ-nin Venesuelada həyata keçirdiyi əməliyyat zamanı 32 Kuba vətəndaşı həlak olub.


“Yenisirvanli.info.az” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı Kuba hökuməti yayıb. 


Məsələ ilə bağlı detallar açıqlanmasa da, həmin şəxslərin Kuba Silahlı Qüvvələrinin və kəşfiyyat agentliklərinin üzvləri olduğu qeyd olunub. 


Hadisə ilə əlaqədar yanvarın 5 və 6-sı ölkədə matəm günləri elan edilib. 


Xatırladaq ki, yanvarın 3-də ABŞ hərbi qüvvələri Venesuelanın paytaxtı Karakasda və ətraf bölgələrdə 11 strateji hədəfə genişmiqyaslı zərbələr endirib. Əməliyyat zamanı ölkə Prezidenti Nikolas Maduro xanımı Siliya Floreslə birlikdə ələ keçirilərək Nyu-Yorka aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031