Ərdoğan helikopter qəzası ilə bağlı başsağlığı verdi

22-03-2026, 16:46 898 dəfə baxılıb

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərdə baş verən faciəvi helikopter qəzası ilə bağlı başsağlığı verib.


“Yenisirvanli.info.az” xəbər verir ki, dövlət başçısı bununla bağlı sosial media hesabında paylaşım edib.


“Qətərdə baş verən helikopter qəzasında Türkiyə Silahlı Qüvvələrimizin mənsubu, ASELSAN heyətimiz və Qətər Silahlı Qüvvələri üzvlərinin şəhid olması xəbərini böyük kədərlə öyrəndim. Bu faciəli qəzada həyatını itirən qəhrəman əsgərlərimizə, ASELSAN əməkdaşlarına və dost-qardaş qətərli hərbçilərinə Allahdan rəhmət diləyir, ailələrinə səbir arzulayıram. Ölkəmiz, millətimiz və Qətər xalqının başı sağ olsun”, – deyə Ərdoğan bildirib.


Xatırladaq ki, bu gün təlim uçuşu zamanı texniki nasazlıq səbəbindən dənizə düşən helikopterdə 1 türk hərbçisi, 2 ASELSAN mütəxəssisi və 4 Qətər hərbçisi həlak olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031