Qətərdə helikopter qəzasında 7 nəfər həlak oldu - Aralarında türk hərbçilər də var

22-03-2026, 13:39 908 dəfə baxılıb

 

Qətərdə hərbi helikopterin qəzaya uğraması nəticəsində 7 nəfər həlak olub.


“Yenisirvanli.info.az” “Al Jazeera”ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında planlı uçuş zamanı baş verib.


Qətər Müdafiə Nazirliyinin “X” platformasında yaydığı rəsmi məlumatda bildirilir ki, helikopter texniki nasazlıq nəticəsində idarəetməni itirərək dənizə düşüb. Göyərtədə ümumilikdə yeddi nəfərin olduğu bildirilir.


Qeyd edək ki, Türkiyənin Milli Müdafiə Nazirliyi Qətərdə baş verən helikopter qəzası ilə bağlı xəbəri təsdiqləyib.


Məlumata görə, Qətər-Türkiyə Birgə Qüvvələr Komandanlığı çərçivəsində təlim uçuşu həyata keçirən Qətər Silahlı Qüvvələrinə məxsus helikopter martın 21-i axşam saatlarında texniki nasazlıq səbəbindən dənizə düşüb. Faciəvi qəza nəticəsində ümumilikdə 7 nəfər həlak olub.


Nazirliyin məlumatına görə, şəhid olanlar arasında Türkiyə Silahlı Qüvvələrinin 1 hərbi qulluqçusu, ASELSAN şirkətinin 2 texniki əməkdaşı və Qətər Silahlı Qüvvələrinin 4 əməkdaşı yer alır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031