BƏƏ son 24 saatda 8 raket və 26 PUA ələ keçirib
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hərbçiləri bu gün 8 ballistik raket və 26 pilotsuz uçan aparatı ələ keçirib.
“Yenisirvanli.info.az” xəbər verir ki, bu haqda BƏƏ Müdafiə Nazirliyi məlumat yayıb.
“BƏƏ-nin hava hücumundan müdafiə sistemləri bu gün doqquz ballistik raket aşkarlayıb, onlardan səkkizi məhv edilib, biri isə dənizə düşüb. Bundan əlavə, 35 PUA aşkar edilib, onlardan 26-sı ələ keçirilib, 9-u isə ölkə daxilində düşüb”, - bildirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: