“İranla danışıqlara dolayı yolla qatılacağam” - Tramp

17-02-2026, 08:00 631 dəfə baxılıb

 

ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı Tehran və Vaşinqton arasında çərşənbə axşamı Cenevrədə başlayacaq danışıqlarda “dolayı yolla” iştirak edəcəyini bildirib.


“Yenisirvanli.info.az” xəbər verir ki, Tramp bu barədə “Air Force One” təyyarəsində jurnalistlərə açıqlamasında deyib.


“Mən dolayı yolla bu danışıqlarda iştirak edəcəyəm. Bu, çox vacib olacaq”, – deyə o vurğulayıb.


ABŞ Prezidenti əlavə edib ki, Tehranın razılaşma əldə etmək istədiyinə inanır.


Tramp qeyd edib ki, İran sərt mövqedən çıxış etməyə çalışır, lakin ötən yay ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra vəziyyətin dəyişdiyini düşünür.


Qeyd edək ki, danışıqlar ərəfəsində regionda gərginlik artıb. ABŞ-nin Yaxın Şərqə ikinci təyyarədaşıyan gəmi yerləşdirdiyi bildirilir. ABŞ rəsmiləri mümkün uğursuzluqehtimalında ordunun uzunmüddətli hərbi əməliyyat variantına hazırlaşdığını da istisna etməyiblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031