"Qarabağ" klubların dünya reytinqində bir pillə gerilədi

16-01-2026, 12:16 241 dəfə baxılıb

 

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünya klublarının yeni reytinq siyahısını açıqlayıb.


Yenisirvanli.info.az  xəbər verir ki, Azərbaycan klubları arasında sıralamada ən yaxşı göstəriciyə sahib olan "Qarabağ" komandasıdır.


Ağdamı təmsil edən klub ötən reytinq cədvəli ilə müqayisədə bir pillə geriləyib. "Qarabağ" hazırda 182.5 xalla 69-cu yerdə mövqe tutub.


Cədvələ əvvəlki kimi PSJ (Fransa) başçılıq edir. "Real Madrid" (İspaniya) və "Çelsi" (İngiltərə) müvafiq olaraq sonrakı yerləri tuturlar.


Reytinq cədvəlində yer alan digər Azərbaycan klublarının mövqeyi belədir:


224. "Sabah" - 93.5 xal (+28);


389. "Zirə" - 66.75 (-29);


456. "Araz-Naxçıvan" - 60.25 (+30);


553. "Neftçi" - 51.25 (+10);


627. "Turan Tovuz" - 45 (-19).






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031