“Sərhədin demarkasiyası “Tramp Marşrutu” baxımından vacibdir”

8-01-2026, 18:33 148 dəfə baxılıb

 

“Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) nəqliyyat dəhlizi layihəsinin reallaşdırılması baxımından vacibdir”. 


“Yenisirvanli.info.az” TASS-a istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasından sonra brifinqdə deyib. 


“Hazırda müəyyən iş prosesləri gedir və əlverişli zamanda demarkasiya prosesi davam etdiriləcək... Əlbəttə, hər şey yerdə də həyata keçiriləcək, çünki kommunikasiyaları və TRIPP layihəsini işə salmaq üçün sərhədin ən azı bu hissələri demarkasiya edilməlidir”, - o, sərhədlərin delimitasiya və demarkasiya prosesinin hansı mərhələdə olması ilə bağlı sualı cavablandırarkən bildirib.


Paşinyan hazırda yerdə aktiv işlərin aparıldığını qeyd edib: “Bu, incə yanaşma tələb edən işlərdir. Hazırda bu incəliklərin nəzərə alınması üçün sənədlərin hazırlanması üzərində iş gedir”.


Qeyd edək ki, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı ikitərəfli dövlət komissiyasının Azərbaycan tərəfdən həmsədri Baş nazirin müavini Şahin Mustafayev, Ermənistan tərəfdən isə Baş nazirin müavini Mher Qriqoryandır. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031