KİV: Azərbaycan və Ermənistan sərhədin delimitasiyası üzrə növbəti işləri həyata keçiriblər

12-12-2025, 14:32 124 dəfə baxılıb

 

Ermənistan və Azərbaycan tərəfi Geğarkunik vilayətinin Zod rayonunda delimitasiya işləri aparıblar.


Yenisirvanli.info.az  xəbər verir ki, bu barədə "Joqovurd" qəzeti öz mənbələrinə istinadən xəbər verir.


Məsələ ilə bağlı Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan bildirib ki, tərəflər Zod yatağı yaxınlığındakı sərhəd məntəqəsinə müştərək baxış keçiriblər.


M.Qriqoryan Ermənistan və Azərbaycan hərbçilərinin bir neçə gündür xəritə üzrə delimitasiya işləri apardıqları barədə xəbərləri təkzib edib.


Baş nazirin müavini delimitasiyanın referenduma qədər həyata keçirilməsi zərurəti barədə sualı cavablandırıb. O deyib ki, bu işlər Ermənistan qanunvericiliyi, eyni zamanda, parlamentin ratifikasiya etdiyi Ermənistan və Azərbaycanın delimitasiya üzrə komissiyasının müştərək fəaliyyət reqlamentinə uyğun nizamlanır.


Əvvəllər Mqer Qriqoryan bildirmişdi ki, növbədənkənar qaydada delimitasiya Sünik vilayətində, "Tramp marşrutu" (TRIPP) layihəsinin mümkün sahələrində keçirilə bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031