Türkiyədə terror aktı planlaşdıran İŞİD üzvü ələ keçirildi

19-12-2025, 13:45 123 dəfə baxılıb

 

Türkiyə hüquq-mühafizə orqanlarının birgə keçirdiyi əməliyyat nəticəsində Malatyada İŞİD üzvü İbrahim Burtakuçin saxlanılıb.


Yenisirvanli.info.az  "TRT Haber"ə istinadən xəbər verir ki, ələ keçirilən şəxs Yeni il şənlikləri zamanı Türkiyədə terror aktları həyata keçirməyi planlaşdırırmış.


Araşdırmalar zamanı məlum olub ki, Burtakuçin həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə çoxsaylı İŞİD tərəfdarları ilə sıx əlaqədə olub.


Əməliyyat zamanı şübhəli şəxsin evindən ona məxsus rəqəmsal materiallar və terror təşkilatına məxsus qadağan olunan nəşrlər tapılaraq müsadirə edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031