Merts ABŞ prezidentinin Qəzza planını dəstəklədi

6-12-2025, 14:29 116 dəfə baxılıb

 

Almaniya Kansleri Fridrix Merts bu gün İsrailə səfəri ərəfəsində Fələstin Prezidenti Mahmud Abbasla telefonda danışıb.


Yenisirvanli.info.az  TASS-a istinadən xəbər verir ki, söhbət zamanı tərəflər Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.


Almaniya hökumətinin rəsmi təmsilçisi Ştefan Kornelius jurnalistlərə bildirib ki, müzakirə dostluq şəraitində keçib.


"Kansler ABŞ Prezidenti Donald Trampın Qəzza üzrə sülh planını dəstəklədiyini deyib və Fələstin Milli Administrasiyasının (FMA) bu məsələ ilə bağlı konstruktiv mövqeyini alqışlayıb", - Nazirlər Kabinetinin rəsmisi qeyd edib.


F.Mertsin fikrincə, FMA dərhal zəruri islahatlara başlamalıdır. Kansler hesab edir ki, bu islahatlar uğurla nəticələnərsə, FMA müharibədən sonrakı quruculuq dövründə konstruktiv rol oynaya bilər:


"Məqsəd məsələnin həllinə "iki dövlət prinsipi" əsasında nal olmaqdır. Belə perspektiv israillilər və fələstinlilər üçün uzunmüddətli sülhü və təhlükəsizliyi təmin edə bilər".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031