Almanlar Mertsin siyasətindən narazıdırlar

16-11-2025, 14:20 3 160 dəfə baxılıb

 

Almaniya kansleri Fridrix Mertsin nəticə verməyən siyasəti hökumətin vaxtından əvvəl buraxılmasına səbəb ola bilər.


Yenisirvanli.info.az  xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.


Nəşrin yazdığına görə, Mertsin rəhbərlik etdiyi CDU/CSU fraksiyasında belə onun açıqlamalarının effektivliyi şübhə altına alınır və siyasətinin real nəticə vermədiyi vurğulanır. 


Agentlik qeyd edib ki, hazırkı hökumətin miqrasiya və iqtisadiyyat kimi əsas problemləri həll edə bilməməsi “Almaniya üçün Alternativ – AfD” partiyasının populyarlığını artırıb və ölkədə yenidən vaxtından əvvəl hökumət buraxılması ehtimalını gücləndirib.


Bundan əlavə, qeyd olunub ki, keçirilən sorğulara əsasən, almanların yalnız 18%-i Mertsin 2029-cu ildə yenidən kanslerliyə namizəd olmasını dəstəkləyir.


Xatırladaq ki, 2024-cü ildə Almaniyanın əvvəlki koalisiyası da eyni səbəbdən süquta uğramışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031