Tramp Putinlə Azərbaycan haqda bunları danışıb - Özü açıqladı

20-11-2025, 13:39 99 dəfə baxılıb

 

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə keçmiş Qarabağ münaqişəsi mövzusunda telefon danışığı aparması barədə danışıb.


Yenisirvanli.info.az  xəbər verir ki, Tramp bu haqda Vaşinqtonda keçirilən ABŞ-Səudiyyə Ərəbistanı İnvestisiya Forumunda çıxış edərkən bəhs edib.


Onun çıxışı isə Ağ Evin rəsmi yutub kanalında yayımlanıb.


“Mən bir çox müharibələrdə milyonlarla insanı xilas etdim. Azərbaycanda, orada nələrin baş verdiyini bilirsiniz. Mən bu problemi həll etdim. Bu, uzun illər davam edirdi. Putin mənə zəng edib dedi: “İnana bilmirəm, sən hər şeyi həll etdin; biz bunu uzun müddətdir həll etməyə çalışırdıq”. Mən dedim ki, “bu barədə narahat olma. Sadəcə imkan ver, sənin lənətə gəlmiş müharibəni (Ukrayna müharibəsi - red.) həll edim. Mənim köməyə ehtiyacım yoxdur”, - Ağ Evin rəhbəri bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031