Hərbi yük təyyarəsində həlak olan türkiyəli hərbçilərlə vida mərasimi keçirilir

14-11-2025, 10:42 136 dəfə baxılıb

 

Azərbaycan-Gürcüstan sərhədində Türkiyə Silahlı Qüvvələrinə məxsus "C-130" hərbi yük təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan türkiyəli hərbçilər bu gün dəfn olunacaqlar.


Yenisirvanli.info.az  Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankarada şəhidlərlə vida mərasimi təşkil edilib. Mərasimdə hərbçilərin ailələri və yaxınları ilə yanaşı, dövlət nümayəndələri, Türkiyə ordusunun komandanlığı iştirak edirlər.


Mərasimdən sonra qəzada həlak olan 19 hərbçinin cənazəsi dəfn olunmaları üçün öz məmləkətlərinə yola salınacaq. Yalnız şəhid pilot Gökhan Qorxmazın dəfn mərasimi sabah İstanbulda keçiriləcək.


Xatırladaq ki, noyabrın 11-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C-130" hərbi yük təyyarəsi Gəncə hava limanından qalxdıqdan 27 dəqiqə sonra Gürcüstan ərazisində radarlardan itərək qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan, heyət üzvləri daxil olmaqla 20 hərbçinin hamısı həlak olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031