Donald Tramp: "Rüsumların ləğvi ABŞ üçün dağıdıcı nəticələrə gətirib çıxaracaq"

6-11-2025, 13:22 133 dəfə baxılıb

 

"İdxal rüsumlarının qanuniliyi ilə bağlı iş üzrə Ali Məhkəmədə uduzması ABŞ üçün dağıdıcı nəticələrə gətirib çıxaracaq".


Yenisirvanli.info.az  xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Fox News"a müsahibəsində bəyan edib.


"Belə deyim: əgər biz uduzsaq, bu, ölkəmiz üçün dağıdıcı nəticələrə gətirib çıxarar. Bu bizim tariximizdə ən vacib məhkəmə işlərindən biridir", - deyə Tramp vurğulayıb.


Onun sözlərinə görə, əgər Vaşinqton yeni idxal rüsumlarını tətbiq etməsəydi, ABŞ və digər ölkələr "depressiyada olardılar".


Ağ Evin mətbuat katibi Kerolin Levitt noyabrın 2-də bildirib ki, ABŞ Prezidenti Administrasiyası Ali Məhkəmənin gömrük rüsumlarının tətbiqini qanunsuz hesab edəcəyi təqdirdə ehtiyat planlar üzərində işləyir.


Qeyd edək ki, ABŞ Ali Məhkəməsi hazırda prezidentin idxal olunan mallara tariflər tətbiq edərkən səlahiyyət həddini aşıb-aşmaması ilə bağlı iddiaya baxır. Məhkəmədə administrasiyanı maliyyə naziri Skott Bessent təmsil edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031