“Atəşkəs üçün heç bir təhlükə yoxdur”

29-10-2025, 16:52 132 dəfə baxılıb

 

“Qəzzada əldə olunmuş atəşkəs üçün heç bir təhlükə yoxdur”.


“Yenisirvanli.info.az” “Times of İsrael”ə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib.


İsrailin Qəzza zolağına hava zərbələri endirməsi barədə danışan dövlət başçısı bu ölkənin özünə qarşı hücumlara cavab vermək məcburiyyətində olduğunu deyib. 


“Onlar bir İsrail əsgərini öldürüblər. İsraillilər isə cavab verməyə məcbur olublar”, - Tramp söyləyib.


Xatırladaq ki, ötən gecə İsrail ordusu HƏMAS-ı ABŞ-nin vasitəçiliyi ilə əldə edilmiş atəşkəsi pozmaqda ittiham edərək Qəzza zolağına hava zərbələri endirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031