Kiyevə dron hücumu - Ölənlər var

26-10-2025, 16:23 136 dəfə baxılıb

 

Oktyabrın 26-na keçən gecə Rusiya qüvvələri Ukraynanın paytaxtı Kiyevə növbəti dəfə hava hücumu təşkil edib.


“Yenisirvanli.info.az”ın məlumatına görə, gecə saatlarında hava hücumundan müdafiə sistemləri fəaliyyətə başlayıb, ardıcıl partlayış səsləri eşidilib. Zərərsizləşdirilən dronların qalıqları şəhərin bir neçə yaşayış binasında yanğına səbəb olub.


Kiyev meri Vitali Kliçko “Telegram” hesabında bildirib ki, hücum nəticəsində ilkin məlumata əsasən, 3 nəfər həyatını itirib, 27 nəfər yaralanıb, onların arasında 3 uşaq da var.


Merin sözlərinə görə, dronlardan biri paytaxtın Desnyansk rayonunda yerləşən doqquzmərtəbəli binanın ikinci mərtəbəsinə düşüb. Nəticədə bir neçə mənzil yanıb, alov dördüncü və yeddinci mərtəbələrin eyvanlarına da keçib. Yanğın artıq söndürülüb.


Digər ünvanda yerləşən doqquzmərtəbəli yaşayış binasında da pəncərə və qapılara, eləcə də altıncı və səkkizinci mərtəbələrin fasad və tavan hissələrinə ziyan dəyib. Hadisə yerindən 5 nəfər xilas edilib.


Bundan başqa, dronun qalıqları Obolon rayonunda 16 mərtəbəli yaşayış binasının üzərinə düşüb. Binanın bir mənzilinə zərər dəysə də, yanğın və ciddi konstruktiv zədə qeydə alınmayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031