Luvr muzeyi qarət edildi

19-10-2025, 14:37 82 dəfə baxılıb

 

Oktyabrın 19-u səhər Parisdəki Luvr muzeyində qarət hadisəsi baş verib.


Yenisirvanli.info.az  bildirir ki, bu barədə Fransanın mədəniyyət naziri Raşida Dati "X" sosial şəbəkə hesabında məlumat verib.


Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alan olmayıb, istintaq tədbirləri görülür.


"Le Parisen" qəzetinin məlumatına görə, bir neçə cinayətkar muzeydə pəncərələri sındıraraq, zərgərlik və zinət əşyalarını oğurlayıblar.


Onlar hadisə yerindən qaçmağa müvəffəq olublar. Məlumata görə, cinayətkarların üzərində silah olub.


Luvr administrasiyası muzeyi ziyarətçilər üçün bağlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031