ABŞ-də partlayış zavodu tamamilə məhv edib: 16 nəfər həlak olub

12-10-2025, 09:49 86 dəfə baxılıb


Oktyabrın 10-da ABŞ-nin Tennessi ştatındakı "Accurate Energetic Systems" zavodunda baş vermiş güclü partlayış nəticəsində müəssisə tamamilə dağılıb və 16 nəfər həlak olub.


Yenisirvanli.info.az  bu barədə "Associated Press" agentliyinə istinadən xəbər verir.


Şahidlərin bildirdiyinə görə, partlayış o qədər güclü olub ki, 20 kilometr radiusda yerləşən evlər silkələnib.


Zavod ABŞ ordusu üçün partlayıcı maddələrin istehsalı və araşdırılması ilə məşğul olub.


Faciənin səbəbi hələlik məlum deyil. Hadisə yerində təxminən 300 xilasedici çalışır.


 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031