Abşeronda boya istehsalı zavodu yanır, ETSN rəsmiləri hadisə yerinə gedib

22-08-2025, 12:14 228 dəfə baxılıb

Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodu yanır...
Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodunda baş verən yanğınla bağlı atmosfer havasına atılan emissiyaların monitorinqinin və ölçmə işlərinin aparılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Monitorinq Mərkəzinin mütəxəssisləri ərazidədirlər.


Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq nazirlikdən məlumat verilib.
***
Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodunda yanğın başlayıb.
Bu barədə Poliqon-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, baş vermiş yanğınla əlaqədar polis əməkdaşları, eləcə də dövlət yol polisinin naryadları hadisə yerinə cəlb edilib. Məlumata görə, polis əməkdaşları hadisə yerini mühafizə edir, təhlükəsizlik və digər zəruri tədbirlər görür.




Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031