Netanyahunun ofisi: "Donald Trampa Nobel Sülh Mükafatı verilsin"
İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi ABŞ Prezidenti Donald Trampa Nobel Sülh Mükafatının verilməsi təklifini dəstəkləyib.
Yenisirvanli.info.az xəbər verir ki, İsrailin baş nazirinin "X" sosial media platformasındakı ingilisdilli rəsmi səhifəsində mükafatla bağlı qısa post dərc olunub:
"Donald Trampa Nobel Sülh Mükafatını verin - o, buna layiqdir!"
Bundan əvvəl İsrail Prezidenti İsaak Hersoq və keçmiş baş nazir, İsrail parlament müxalifətinin lideri Yair Lapid də Trampa Nobel Sülh Mükafatının verilməsi təklifini dəstəkləyib. Bu bəyanatlar iki ildir Qəzza zolağında saxlanılan girovların azad edilməsi və anklavda atəşkəslə bağlı əldə olunan razılaşma fonunda verilib.
Xatırladaq ki, oktyabrın 6-da Stokholmda Nobel Həftəsi açılıb. Sülh mükafatı laureatı oktyabrın 10-da Osloda elan olunacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: