ABŞ Daxili Təhlükəsizlik Nazirliyi: "Amerika amerikalılar üçündür"

2-10-2025, 13:42 96 dəfə baxılıb

 

"Amerika amerikalılar üçündür!"


Yenisirvanli.info.az xəbər verir ki, bu şüarı ABŞ Daxili Təhlükəsizlik Nazirliyi (DTN) hazırkı administrasiyanın sənədsiz immiqrantlarla mübarizəsi kontekstində özünün "X" hesabında paylaşıb.


"Hər bir cinayət törətmiş qanunsuz miqrant ölkədən çıxarılmalıdır", - nazirlik yazıya əlavə edib.


Bu çağırışlarla yanaşı, DTN ABŞ İmmiqrasiya və Gömrük Xidmətinə (ICE) yeni əməkdaşların işə qəbulu üçün yaradılmış veb-sayta link yerləşdirib. Yazıda, həmçinin 20-ci əsrin əvvəllərinə aid təbliğat posteri kimi stilizə edilmiş, miqrantların qovulmasına çağıran və vətəndaşları ICE-yə qoşulmağa dəvət edən "Sem dayı"nın şəkli də yer alıb.


ABŞ Prezidenti Donald Tramp dəfələrlə immiqrasiya siyasətinin sərtləşdirilməsinə çağırıb. O, ABŞ tarixində qanunsuz miqrantlara qarşı ən böyük deportasiya əməliyyatını həyata keçirmək niyyətində olduğunu bəyan edib.


EVERY CRIMINAL ILLEGAL ALIEN MUST GO.


AMERICA FOR AMERICANS.https://t.co/nZkBEj4evQ pic.twitter.com/9VXQRZa3Be


— Homeland Security (@DHSgov) October 1, 2025






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031