DİQQƏT: Sənədsiz ev sahiblərinin NƏZƏRİNƏ…

10-06-2025, 10:10 260 dəfə baxılıb

 

Təkcə paytaxt və Abşeron rayonunda 450 minə yaxın sənədsiz ev var. Vaxtilə müxtəlif təyinatlı torpaq sahələrində tikilən, amma sənədsiz qalan minlərlə evlərin sahibləri çıxarış ala bilmədikləri üçün müxtəlif çətinliklərlə üzləşirlər.

Yenisirvanli.İnfo.Az Xəzər TV-yə istinadən məlumat verir ki, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, həmin evlərin çoxu vaxtilə tikilənlərdir.

Bu problemin qarşısını almaq məqsədilə bir il əvvəl “əmlak amnistiyası” tətbiq olunacağı deyilmişdi.
Ekspert bildirib ki, bu layihə vətəndaş üçün sosial baxımdan çox önəmlidir. Sənədsiz evlərin sayının çox olması əmlak bazarında süni qiymət artımına da səbəb olur. Amma eyni zamanda, burada digər ciddi problemlər də var.
Məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, “Daşınmaz əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sisteminin sənədsiz evlərlə hər hansı bağlılığı yoxdur.
Belə ki, sistemin yaradılmasında məqsəd “Daşınmaz əmlakın dövlət reyestri haqqında” sənədlərin bu sistemə daxil edilməsi və həmin sənədlərdən istifadə edilməsidir.
Onu da əlavə etdilər ki, bu sistem sənədsiz evlərin deyil, hüquqmüəyyənedici sənədlərin olduğu daşınmaz əmlakların qeydiyyatı prosesinin tam elektronlaşdırılmasını həyata keçirəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031