Ukrayna XİN rəhbəri: "Bu gündən etibarən Rusiyada təhlükəsiz yer olmayacaq"

29-09-2025, 19:33 79 dəfə baxılıb

 


"Rusiya başa düşməlidir ki, bu gündən Ukrayna silahlarının çata bilməyəcəyi heç bir hərbi obyekt, hətta ən ucqar obyekt belə olmayacaq".


Yenisirvanli.info.az  "Ukrinform"a istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andriy Sibiqa Varşava Təhlükəsizlik Forumu çərçivəsində deyib.


Ukraynalı diplomat ABŞ-nin ölkə silahlarından istifadə edərək Rusiyaya qarşı uzaqmənzilli zərbələrə icazə verməsi barədə xəbərlərə münasibət bildirib.


"Ukrayna BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququ əsasında müstəqilliyini müdafiə edir. Rusiya aydın şəkildə başa düşməlidir ki, bu gün və gələcəkdə onlar üçün təhlükəsiz yer olmayacaq, Ukrayna silahları və Ukrayna ordusu istənilən hərbi obyektə çatacaq. Biz artıq Ukrayna silahının gücünü sübut etmişik", - nazir bəyan edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031