Qazaxıstanın XİN rəhbəri vəzifəsindən azad edildi

26-09-2025, 12:48 88 dəfə baxılıb

 

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin xarici işlər naziri Murat Nurtleunu vəzifəsindən azad edib.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə məlumatı Qazaxıstan liderinin Mətbuat xidməti yayıb. 


Həmin posta isə Yermek Koşerbayev gətirilib. 


Bununla yanaşı, Tokayev digər bir sərəncamla M.Nurtleunu Qazaxıstan prezidentinin beynəlxalq investisiya və ticarət əməkdaşlığı üzrə köməkçisi təyin edib. 


Nurtleu 2023-cü ilin aprelindən XİN rəhbəri vəzifəsini tuturdu.


Xatırladaq ki, sentyabrın əvvəlində Qazaxıstan mediasında Murat Nurtleunun saxlanılması barədə məlumat yayılsa da, rəsmi qurumlar bunu təkzib etmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031