Tokayev: Bəzi siyasətçilər çıxışlarını hazırlamaq üçün ChatGPT-dən istifadə edirlər

27-06-2025, 10:34 6 dəfə baxılıb

 

Süni intellekt (Sİ) iqtisadiyyatın məhsuldarlığını artırır, lakin onunla bağlı risklər də mövcuddur.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu fikirləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Minskdə keçirilən Avrasiya İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı səsləndirib.

Dövlət başçısı zarafatla bildirib ki, bəzi siyasi liderlərin məşhur süni intellekt aləti ChatGPT-dən çıxış hazırlamaq üçün istifadə etdiyi deyilir.

“Artıq bu gün süni intellekt kommunikasiya, nəqliyyat, energetika, istehsalat, səhiyyə, təhsil kimi ənənəvi sahələrə daxil olur. Əlbəttə, süni intellektin tətbiqi ilə bağlı mənfi məqamlar da var. Məsələn, ChatGPT. Tələbələr bu alətdən istifadə edir. Deyirlər, bəzi siyasi liderlər də ondan çıxış mətni hazırlamaq üçün istifadə edirlər,” – deyə Tokayev bildirib.

Eyni zamanda, Qazaxıstan Prezidenti qeyd edib ki, bu, süni intellekt və rəqəmsallaşmanın “yan təsirlərindən” biridir: “Lakin bundan yan keçmək artıq mümkün deyil. Bu, demək olar ki, qlobal inkişafın əsas xəttidir.”

Tokayev əlavə edib ki, proqnozlara əsasən, rəqəmsallaşma və süni intellekt 2030-cu ilə qədər dünya ÜDM-nə 15 trilyon dollardan çox töhfə verə və 300 milyonadək iş yerini əvəz edə bilər. “Amma bununla yanaşı, tamamilə yeni peşələr də yaranacaq. Bu yeni peşələr hansılar olacaq? Gəlin birgə düşünək və ehtimalları araşdıraq. Hələ ki aydın deyil, süni intellekt hara qədər gedəcək və kimi əvəzləyəcək,” – deyə o bildirib.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031