Zelenski Böyük Britaniya kralına minnətdarlığını bildirib

18-09-2025, 15:37 92 dəfə baxılıb

 

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Kralı III Çarlza Kiyevə dəstəyini açıq şəkildə ifadə etdiyi üçün təşəkkür edib.


Yenisirvanli.info.az  xəbər verir ki, Zelenski bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.


O, ABŞ Prezidenti Donald Tramp və xanımı Melaniya Trampın da iştirak etdiyi dövlət ziyafətində Kral III Çarlzın Ukraynanın müdafiəsinin vacibliyini vurğulamasını yüksək qiymətləndirib.


"Birlikdə çox şey əldə etdik və azadlıqsevər xalqlar - Böyük Britaniya, Avropa tərəfdaşlarımız və ABŞ-nin dəstəyi ilə dəyərlərimizi müdafiə etməyə və həyatları qorumağa davam edirik", - deyə Zelenski bildirib.


Xatırladaq ki, bir gün əvvəl keçirilən təntənəli dövlət ziyafətində Kral III Çarlz Ukraynaya dəstəyini bəyan edib və ABŞ Prezidenti Donald Trampı sülhün təmin edilməsi üçün mürəkkəb münaqişələrin həllinə şəxsi sadiqliyinə görə tərifləyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031