İsrail Təhlükəsizlik Şurası Qəzzaya nəzarət planını təsdiqləyib - HƏMAS necə "ovlanacaq"?

8-08-2025, 11:16 141 dəfə baxılıb

 

Baş nazir Benyamin Netanyahunun Qəzzanı tamamilə hərbi nəzarətə götürmək planını İsrailin Təhlükəsizlik Şurası təsdiqləyib.

Yenisirvanli.İnfo.Az xarici mətbuata istinadla xəbər verir ki, bu plana əsasən, İsrail ordusu tezliklə Qəzza zolağının tamamına yerləşəcək.

ABŞ mərkəzli “Axios” xəbər saytı isə yazır ki, İsrail rəsmisi ordunun planlaşdırdığı hücum yalnız Qəzza şəhərini əhatə edəcək: "Bura qaçqın düşərgələri və ya digər yeni köçkün düşərgələri daxil deyil. Planda əsas məqsəd bu iliin oktyabrın 7-dək Qəzza şəhərindəki bütün mülki əhalini məcburi şəkildə mərkəzi və ətraf ərazilərdəki qaçqın düşərgələrinə köçürməkdir. Bunun ardınca şəhərdə qalan HƏMAS üzvlərinə qarşı qurudan hücum başlanacaq və onlar Trampın dediyi kimi, bir-bir "ovlanacaq"".

İsrailin aparıcı “Yediot Aharonot” qəzeti isə yazıb, Təhlükəsizlik Şurasının iclasında beynəlxalq etirazlara görə “işğal” və ya "ilhaq" sözündən yayınaraq, "nəzarət" termini qabardılıb.

Qəzetə bu haqda açqlama verən adı açıqlanmayan İsrail rəsmisi deyib: "Niyyətimiz Qəzzanı əlbəttə ki, tamamilə ilhaq etməkdir, lakin biz beynəlxalq hüquqa uyğun olaraq, rəsmi sənədlərdə və açıqlamalarda "nəzarət" ifadəsindən istifadə edirik".

 
 Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031