Kiyevə DƏHŞƏTLİ HÜCUM: Ölənlərin sayı 27-yə çatdı

1-08-2025, 10:59 669 dəfə baxılıb

 

Rusiyanın Ukraynanın paytaxtı Kiyevə endirdiyi son raket zərbələri nəticəsində həlak olanların sayı artır.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, şəhər administrasiyasının yaydığı son məlumata görə, hücum nəticəsində ümumilikdə 27 nəfər həyatını itirib.

Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib ki, təkcə paytaxtda ölənlərin sayı 13 nəfərə çatıb. Onun sözlərinə görə, raket hücumları nəticəsində onlarla insan da yaralanıb, bir çox yaşayış binası və infrastruktur obyektinə ciddi ziyan dəyib.

Faciədən sonra şəhərdə matəm elan olunub. Hakimiyyət orqanları hücumları mülki əhaliyə qarşı “terror aktı” adlandırıb.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031