Aerodromlar məhv edildi: Rusiya bir gündə nələr itirdi? – Şok rəqəm

2-06-2025, 10:00 212 dəfə baxılıb

 

Ukrayna Təhlükəsizlik Xidməti rəsmi olaraq bildirir ki, Rusiyanın əsas aviabazalarında qanadlı raketlərin strateji daşıyıcılarının 34%-i məhv edilib. 34%! Bir gündə!

Yenisirvanli.İnfo.Az xəbər verir ki,bu sözləri politoloq Kamran Cəfərov Rusiya aerodromlarına endirilən kütləvi zərbələr və 40-dan çox strateji bombardmançının məhvi haqda qeyd edib.

O bildirib ki, sabah İstanbulda Rusiya-Ukrayna danışıqlarının növbəti raundu keçiriləcək:

“Şübhəsiz ki, bugünkü hadisə Ukraynanın danışıqlardakı mövqelərini gücləndirəcək. Türkiyədə keçirilən ilk danışıqlarda Medinski deyirdi: “4 vilayətin verilməsinə razı olmasanız, növbəti dəfə bu say 6 olacaq”.

Sabah İstanbulda Ukrayna tərəfi deyəcək: “Strateji aviasiyanın itkiləri sizə az gəldi? Növbəti dəfə başqa bir strateji sahəni də itirəcəksiniz, məsələn, raket kreyserlərinizi və s.”

Ona görə də məhz bu gün bu hadisənin baş verməsi zəruriydi”. Bakupost.az


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031