ABŞ-da görünməmiş daşqınlar: Çox sayda ölən var
Güclü yağışlar ABŞ-ın mərkəzi hissəsində dağıdıcı daşqınlara səbəb olub.
Yenisirvanli.İnfo.Az CNN-ə istinadən xəbər verir ki, daşqınlards azı 16 nəfər həlak olub.
Fırtına Proqnoz Mərkəzinin məlumatına görə, Ohayo Vadisindən Texasın cənub-şərqinə qədər 41 milyon insan risk altındadır. Arkanzas, Missuri, Tennessi və Missisipi ştatlarında daşqınla bağlı ən yüksək, 4-cü səviyyəli xəbərdarlıq edilib.
Yağış təcili evakuasiyalara və yolların bağlanmasına səbəb olub. Təkcə şənbə günü 6000-dən çox uçuş gecikməsi və elektrik enerjisinin kütləvi şəkildə kəsilməsi qeydə alınıb.
Meteoroloqlar üç günlük leysan yağışını “qasırğa mövsümü olmayan dövrdə görünməmiş” adlandırıblar.
Yenisirvanli.İnfo.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: