Putin Fərman imzalandı: 160 min nəfər ORDUYA ÇAĞIRILIR

31-03-2025, 19:37 106 dəfə baxılıb

 

Rusiya prezidenti Vladimir Putin hərbi xidmətə yazda çağırışla bağlı fərman imzalayıb.

Yenisirvanli.İnfo.Az turkustan.az-a istinadla xəbər verir ki, sənəd artıq dərc olunub .

“2025-ci il aprelin 1-dən iyulun 15-dək ehtiyatda olmayan və hərbi xidmətə çağırılmalı olan 18-30 yaşlı Rusiya vətəndaşlarının 160 min nəfərdən ibarət hərbi xidmətə çağırılması həyata keçirilsin”-deyə, sərəncamda deyilir.

2024-cü ildə yaz hərbi xidmətə çağırış 150 min nəfər, 2023-cü ildə 147 min nəfər, 2022-ci ildə 134,5 min nəfər təşkil edib. Artım Putinin Rusiya ordusunun sayının tədricən artırılması haqqında fərmanlarının icrası ilə bağlıdır. 2022-ci ilin əvvəlində Rusiyada 1 milyona yaxın hərbi qulluqçu var idi. Üç il ərzində kadrların sayı 1,5 milyon nəfərə çatdırıldı.

Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930