ŞOK: İlon Mask robot ordusu yaradacaq

25-03-2025, 11:15 204 dəfə baxılıb

 

"Tesla" korporasiyasının baş direktoru İlon Mask "X" sosial şəbəkəsində canlı yayımı zamanı 2025-ci ilin sonuna qədər 5 min "Optimus" robotu istehsal etmək planlarını açıqlayıb.

 Yenisirvanli.İnfo.Az "gazeta.ru"ya istinadən xəbər verir ki, Mask "Tesla"nın rüblük nəticələrinin təqdimatı zamanı qeyd edib ki, əgər şirkət planlaşdırılan 10 000 ədədin yarısını istehsal edə bilsə, bunu böyük uğur hesab edəcək.

"Düşünürəm ki, biz həqiqətən bir legion quracağıq. Ən azı bu il bir robot legionu, sonra isə gələn il bəlkə də 10 legion", - deyə Mask bildirib.

Xatırladaq ki, "Optimus" robotu "Tesla" tərəfindən inkişaf etdirilən insanabənzər robotdur. İlon Mask daha əvvəl də qeyd edib ki, bu texnologiya gələcəkdə əmək bazarında inqilab edə bilər.

 Yenisirvanli.İnfo.Az  
 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930